Ağdamda 2 kilometrlik radiusda 49483 ədəd mina var - ANAMA

13:03 16.02.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ağdamın 7 kəndi keçmiş təmas xətti ərazisinə düşür. Rayon üzrə 2 kilometrlik radiusda 49483 ədəd tank və piyada əleyhinə minalar var.

Hafta.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Təmizləmə və tədqiqat şöbəsinin müdiri İdris İsmayılov deyib. O bildirib ki, təhlükəsiz yaşayışı təmin etmək üçün bu ərazilər təmizlənməlidir. O da qeyd olunub ki, Ağdamda örüş əraziləri hələlik təyin edilməyib.

ANAMA əməkdaşı təkcə Ağdamda 64 mina hadisəsinin baş verdiyini açıqlayıb.